Masallıdakı yanğının söndürülməsi işləri davam etdirilir – RƏSMİ 

Masallıdakı yanğının söndürülməsi işləri davam etdirilir – RƏSMİ 

Hazırda oxunan: Masallıdakı yanğının söndürülməsi işləri davam etdirilir – RƏSMİ 

90680

Masallı rayonunun Qəriblər kəndi yaxınlığında mürəkkəb relyefli dağlıq ərazidə baş vermiş yanğının söndürülməsi istiqamətində Fövqəladə Hallar Nazirliyi (FHN) tərəfindən zəruri və təxirəsalınmaz tədbirlər davam etdirilir. 

Bizim.Media xəbər verir ki, bu barədə "Report.az”ın sorğusuna cavab olaraq FHN-in Mətbuat Xidmətindən bildirilib. 

Qeyd edilib ki, yanğının daha geniş ərazilərə yayılmasının qarşısı alınıb, bəzi ərazilərdə yanğın lokallaşdırılıb. 

Hazırda yanğınsöndürmə işləri aparılır. 

Xatırladaq ki, avqustun 25-də Masallı rayonunun Qəriblər kəndi yaxınlığında mürəkkəb relyefli dağlıq ərazidə yanğın başlayıb. FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunub. 
Ümumilikdə yanğınla mübarizə tədbirlərində FHN-in Dövlət Yanğından Mühafizə Xidməti, Mülki müdafiə qoşunları, Xüsusi Riskli Xilasetmə Xidməti, Cənub Regional Mərkəzinin müvafiq qüvvələri və Aviasiya dəstəsinin iki ədəd helikopteri, habelə Ekologiya və Təbii Sərvətlər Nazirliyi Meşə Təsərrüfatı Mərkəzi və yerli icra hakimiyyətinin əməkdaşları iştirak edir. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO