Bərdə rayonunda arvadını öldürməkdə təqsirləndirilən Təbriz Orucovun cinayət işi üzrə ibtidai istintaqı yekunlaşıb.
Bizim.Media xəbər verir ki, iş baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Cinayət işi Nural Əliyevin sədrliyi ilə araşdırılacaq.
Report.az-ın məlumatına görə, Məhkəmənin hazırlıq iclası sentyabrın 8-nə təyin edilib.
Qeyd edək ki, bu il mayın 25-i saat 09 radələrində Bərdə rayonu, Hacallı kənd sakini 1995-ci il təvəllüdlü Xasa Orucovanın yaşadığı evdə öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Aparılmış ilkin araşdırmalarla zərərçəkmişin əri, 1996-cı il təvəllüdlü Təbriz Orucovun şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı Xasa Orucovaya ov tüfəngindən atəş açaraq qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Bərdə rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Təbriz Orucov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.
Bizim.Media
![Arvadını güllələyərək öldürən şəxs MƏHKƏMƏ QARŞISINDA Arvadını güllələyərək öldürən şəxs MƏHKƏMƏ QARŞISINDA](https://bizim.media/file/articles/2022/08/27/1661578490_1.jpg)
- A-
- A
- A+
Cəmiyyət
09:36 / 27.08.2022
Arvadını güllələyərək öldürən şəxs MƏHKƏMƏ QARŞISINDA
Hazırda oxunan: Arvadını güllələyərək öldürən şəxs MƏHKƏMƏ QARŞISINDA
Hazırda oxunan: Arvadını güllələyərək öldürən şəxs MƏHKƏMƏ QARŞISINDA
90660
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.