S. Mümtaz adına Ədəbiyyat və İncəsənət Dövlət arxivində ədəbiyyat və incəsənət adamlarının maraqlı və məzmunlu məktubları saxlanılır. Belə məktublardan biri də şair İbrahim Kəbirli tərəfindən İlyas Əfəndiyevə yazılmış məktubdur.
Həmin məktubu təqdim edirik:
“Qardaşım İlyas!
Hörmət və ehtiram!
Əziz qardaşım! Təzə ildə Sənə möhkəm sağlamlıq, müvəffəqiyyət diləyirəm. Biləsən ki, pyesin «İskusstvo» nəşriyyatında mətbəəyə verilib və qonorar məsələsi həll edilir. Arxayın ol.
Qaldı «Söyüdlü arxda» romanını 1959 il planına salmaq üçün bütün iş, rəy mənim boynuma. Sən əsəri göndər.1959 ildə plana düşməsə mən cavab verirəm!
İlyas! Orada mənim bütün interesimi (marağımı) qorumağı sənə arxayınam. Mənim şeirlərim, mənim ədəbiyyatımıza Moskvada köməyim sənə ixtiyar verir ki, mənim intereslərimi tapdanmağa qoymayasan orada. Qabaqda dekada var. Gərək mən dekada iştirakçılarının sırasında olam. Bu təbiidir. Olmasa bu cinayətdir, şairi təhqir deməkdir və mən belə təhqirə dözmərəm, Qardaş!...
Biləsən ki, orada məni alçatlmağa çalışan «adamlar» var. Ona görə də bu haqda sənə deyirəm. Özüm orda olsam heç narahat olmaram. Mənim nə cür zəhmətkeş şair olmağım sənə məlumdur və mən öz haqqımı istəyirəm, haqqıdan savayı mənə heç nə lazım deyil, qardaşım!..
Məncə istəyim sənə aydındır!
Mən arxayınam ki, Nəbi məni sevir, Nəbi də məni incidənlərə qəti imkan verməz. Çünki o, şairdir və şeir nə zəhmətlə başa gəlirsə, yaxşı bilir!..
Öpürəm səni.
Məktub yazsan sevinərəm!..
Sənin İbrahim Kəbirli.2/I 59 ildə
P.S. İlyas! Bəs Kübra Dadaşova niyə mənə naryad göndərmədi ki, Adil Babayevin poemasının sətri tərcüməsini eləyim? Xahiş edirəm göndərtdir. Ehtiyacım var.”x9d(atv.az)


































































































