“Maskalı şəxslər evə daxil oldu...” – Polis qadının yalanını ifşa etdi 

“Maskalı şəxslər evə daxil oldu...” – Polis qadının yalanını ifşa etdi 

Hazırda oxunan: “Maskalı şəxslər evə daxil oldu...” – Polis qadının yalanını ifşa etdi 

90520

Dəfələrlə dövlət qurumlarına, eləcə də, polisə bilərəkdən yalan məlumat vermənin hüquqi məsuliyyət yaratdığı barədə xəbərdarlıqlar edilsə də təəssüf ki, bu kimi neqativ hallara rast gəlinməkdədir. Növbəti bu cür fakt Lənkəranda qeydə alınıb.

DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Bizim.Media-ya verilən məlumata görə, rayon sakini olan bir qadın axşam saatlarında tək olduğu zaman yaşadığı evə biri qadın, digəri kişi olmaqla 2 nəfər maskalı şəxsin daxil olaraq onu hədələdiyi, zor tətbiq edərək pul və qızıl-zinət əşyalarını tələb etdiyi barədə polisə məlumat verib.

Məlumatla əlaqədar dərhal müvafiq araşdırmalara başlanılıb.

Polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-istintaq tədbirləri nəticəsində qadının  polisə bilərəkdən yalan məlumat verdiyi və heç bir quldurluq hadisəsinin baş vermədiyi müəyyən edilib.

Həmin qadın özü də bilərəkdən yalan məlumat verdiyini etiraf edib.

Hazırda faktla bağlı Lənkəran ŞRPŞ-də araşdırmalar aparılır. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO