Tovuzda zorakılığa məruz qalan azyaşlı ilə bağlı YENİ XƏBƏR

Tovuzda zorakılığa məruz qalan azyaşlı ilə bağlı YENİ XƏBƏR

Hazırda oxunan: Tovuzda zorakılığa məruz qalan azyaşlı ilə bağlı YENİ XƏBƏR

90482

Tovuzda zorakılığa məruz qalan azyaşlı psixoloji reabilitasiyaya cəlb olunacaq.

Bizim.Media xəbər verir ki, bu barədə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi məlumat yayıb.

Belə ki, Tovuz rayon sakini, yetkinlik yaşına çatmayan şəxsə qarşı seksual xarakterli zorakılıq hərəkətlərinin edilməsi faktı ilə bağlı Komitəyə daxil olmuş müraciətə əsasən dərhal aidiyyəti qurumlarla, Rayon İcra Hakimiyyəti və Tovuz Rayon Polis İdarəsi ilə əlaqə saxlanılıb.
 

MÖVZU İLƏ BAĞLI:

Tovuzda yeniyetməyə zorakılıq edən şəxs HƏBS EDİLDİ


Komitənin müraciəti əsasında Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə yerli Komissiya tərəfindən ailəyə səfər edilib, uşağın psixoloji vəziyyəti qiymətləndirilib.

Qeyd olunanlara əsasən azyaşlının psixoloji reabilitasiya tədbirlərinə cəlb olunması nəzərdə tutulur.

Baş Prokurorluğun verdiyi məlumata əsasən hazırda şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi ilə bağlı istintaq hətəkətləri getdiyindən barəsində 4 aylıq həbs qəti imkan tədbiri seçilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO