Xalqın etimad etdiyi, Ali qanunverici orqanda özlərinə vəkil seçdikləri insanların həyatı hər zaman maraq dairəsində olub. Bu marağı nəzərə alaraq bəzi deputatlarımızın ictimai həyata ilk atışına, ilk əmək fəaliyyətinə işıq salmaq istəyirik.
1. Madər Musayev. Cəmiyyətimizdə daha çox “Hacı” kimi tərif edilən deputatımız 1947-ci ildə anadan olub. Əmək fəaliyyətinə satıcı şagirdliyindən başlayıb. Sonra kiçik satıcı, baş satıcı işləyib. Onu da qeyd edək ki, Madər Musayev Milli Məclisdə ən uzunömürlü iki mandat sahibindən biridir. O, 1990-cı ildə Azərbaycan Ali Sovetinə, 1995-ci ildən bu günə kimi Milli Məclisə deputat seçilib.
2. Eldar İbrahimov. O, Naxçıvanda əmək fəaliyyətinə fəhləlikdən başlayıb. Daha sonra çilingər və mexanik işləyib. 1990-cı ildə Azərbaycan Ali Sovetinə deputat seçilən Eldar müəllim davamlı olaraq 5 çağırış Milli Məclisə də mandat qazanıb.
3. Tahir Kərimli. Əmək fəaliyyətinə orta məktəbdə təsərrüfatçı kimi başlayıb, Sonra fəhlə işləyib. Daha sonralar isə hüquq mühafizə orqanlarında çılışıb. Qısa müddətdə isə Ali Məhkəmənin sədri olub.
MÖVZU İLƏ BAĞLI:
Yüksək pensiya alan SABİQLƏR – Onların aylığı nə qədərdir? - ADLAR
4. Səttar Möhbalıyev. Milli Məclisin ən stajlı deputatlarından olan Səttar müəllim əmək fəaliyyətinə qəlibçi-fəhlə kimi başlayıb. Bir müddət fəhlə də işləyib. Sonrakı illərdə isə iqtisadçı kimi müxtəlif sahələrdə çalışıb. O, uzun müddətdir ki, Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyasının sədridir.
5. Vahid Əhmədov. O da əmək fəaliyyətinə fəhləlikdən başlayıb. Bir ara tokar da olub. Sənayenin müxtəlif sahələrində çalışan Vahid müəllim bir müddət Baş nazirin müavini vəzifəsini daşıyıb.
6. Oqtay Əsədov. Gənclik illərində fəhlə işləyib. Sonra Bakı Məişət Kondisionerləri zavodunda baş usta və sahə rəisi olub. İqtisadi həyatımızın müxtəlif sahələrində çalışan Oqtay müəllim “Azərsu” ASC-nin sədri vəzifəsinə qədər yüksəlib. Ən əsası o uzun illər Milli Məclisə rəhbərlik edib.
7. Qüdrət Həsənquliyev. Əmək fəaliyyətinə fəhləlikdən başlayıb. Hüquqşünaslıq ixtisasına yiyələnən Qüdrət bəy bir ara Dövlət katibinin köməkçisi kimi çalışıb.
Surxay Atakişiyev, Bizim.Media