Azərbaycanda ilk ödənişli yol bu tarixdə İSTİFADƏYƏ VERİLƏCƏK 

Azərbaycanda ilk ödənişli yol bu tarixdə İSTİFADƏYƏ VERİLƏCƏK 

Hazırda oxunan: Azərbaycanda ilk ödənişli yol bu tarixdə İSTİFADƏYƏ VERİLƏCƏK 

90361

“Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi ölkənin ilk ödənişli yolunu bu ilin sonuna kimi istifadəyə verməyi planlaşdırır”.

Bizim.Media xəbər verir ki, bunu qurumun İdarə Heyətinin sədri Saleh Məmmədov Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarındakı yol infrastrukturu layihələrinə cəlb edilməsi üçün alınmış yol texnikası və maşın-mexanizmlərin təqdimatında deyib.

Report.az-ın məlumatına görə, o bildirib ki, yolun tikintisi başa çatmaq üzrədir:

"Yolda 27 kilometr asfaltlanmamış hissə qalıb. Hazırda ödəniş üçün turniketlərin qoyulması işi aparılır. Yolla hərəkət edəcək ağır tonnajlı maşınların müəyyənləsdirilməsi üçün tərəzilər quraşdırılır. Yəqin ki, bu ilin sonuna kimi yolun istismara verilməsinə dair üzərimizə götürdüyümüz öhdəliyi yerinə yetirəcəyik".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO