Tesla sürücülərini gözləyən gizli təhlükə - 5 ilə sıradan çıxa bilər

Tesla sürücülərini gözləyən gizli təhlükə - 5 ilə sıradan çıxa bilər

Hazırda oxunan: Tesla sürücülərini gözləyən gizli təhlükə - 5 ilə sıradan çıxa bilər

9024

Məşhur elektromobil istehsalçısı Tesla nəqliyyat vasitələrindəki sensor ekran panelləri ilə bağlı böyük problemlə üzləşib. Aşkarlanan nasazlığın əslində son dərəcə təhlükəsizlik riski yaratdığı bildirilir.

Bizim.Media bildirir ki, ABŞ Milli Quru Yolları Trafik Təhlükəsizliyi İdarəsi (NHTSA) dünən Tesla-ya sensor ekranı qəzasının təhlükəsizlik riski yaratdığına dair məktub göndərib.

Məktubda elektromobillərdəki sensor ekranı probleminin arxa görünüş kameraları və defrostların işdən çıxmasına səbəb ola və təhlükə yarada biləcəyi qeyd edilib. Həmçinin vurğulanıb ki, ekranlar 5-6 il ərzində sıradan çıxa bilər. Bununla yanaşı, duman və buz təmizləmə sisteminin olmaması sürücünün soyuq havada görmə qabiliyyətini azaldar və qəzaya səbəb olar.

Məktubda bildirilib ki, Tesla-ya məsələ ilə bağlı 12 mindən çox müştəri şikayəti, zəmanət istəyi daxil olub.

Xatırladaq ki, NHTSA 19 noyabr 2019-cu ildə Model S-də sensor ekranı ilə bağlı problem aşkarlandığı barədə xəbərdarlıq edib. (ted.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO