Polis Siyəzəndə əməliyyat keçirdi SAXLANILANLAR VAR - FOTO

Polis Siyəzəndə əməliyyat keçirdi SAXLANILANLAR VAR - FOTO

Hazırda oxunan: Polis Siyəzəndə əməliyyat keçirdi SAXLANILANLAR VAR - FOTO

90232

Siyəzən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı  əməliyyat keçirilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan Bizim.Media-ya verilən məlumata görə, keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin əldə etməsi, saxlaması, daşımasında və satmasında  şübhəli bilinən Bakı şəhər  sakinləri  Elvin İsmayılov və Nicat Hüseynov saxlanılıblar. 

Həmin şəxslərin üzərlərinə baxış keçirilən zaman 3 kiloqrama yaxın narkotik vasitə olan marixuana, 500 qram psixotrop maddə olan metamfetamin və 558,6 qram  heroin aşkar olunaraq götürülüb.
Faktla bağlı Siyəzən  RPŞ-də cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə hər iki şəxsin barəsində həbs qətimkan tədbiri seçilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO