Azad olunmuş ərazilərdə 210 mina zərərsizləşdirildi

Azad olunmuş ərazilərdə 210 mina zərərsizləşdirildi

Hazırda oxunan: Azad olunmuş ərazilərdə 210 mina zərərsizləşdirildi

9017

Rusiya Federasiyası Mülki Müdafiə, Fövqəladə Hallar və Təbii Fəlakətlərin Nəticələrinin Aradan Qaldırılması üzrə Nazirliyinin pirotexniklərdən ibarət qrupu Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşları ilə birlikdə işğaldan azad olunmuş torpaqlarımızın minalardan təmizlənməsi əməliyyatını davam etdirir.

Bizim.Media xəbər verir ki, bu barədə FHN Mətbuat xidmətindən məlumat verilib..

Bildirilib ki, birgə fəaliyyət nəticəsində yanvar ayının 19-dək ümumilikdə 5 hektardan artıq sahədə axtarış işləri aparılıb.

Bu müddət ərzində 210 ədəd mina və 2 ədəd partlamamış sursat aşkar olunaraq müvafiq qaydada zərərsizləşdirilib.

Minalardan 174 ədədi piyada əleyhinə, 36 ədədi isə tank əleyhinədir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO