Məşqçi:  Cavidin yoxluğu bizim üçün itkidir

Məşqçi: Cavidin yoxluğu bizim üçün itkidir

Hazırda oxunan: Məşqçi: Cavidin yoxluğu bizim üçün itkidir

90119
“Bu haqda çox danışmaq olmaz”x9d.

Jurnalist Rasim Əliyevin döyülərək öldürülməsində adı hallanan “Qəbələ”x9dnin kapitanı Cavid Hüseynovun komandadan kənarlaşdırıldığını xəbər vermişdik.

Moderator.az “Qafqazinfo”x9dya istinadən xəbər verir ki, dünən Topaz Premyer Liqasının 2015/2016 mövsümünün ilk oyununda “Qarabağ”x9dla qarşılaşan və 2:2-lik heç-heçə edən “Qəbələ”x9dnin baş məşqçisi Roman Qriqorçuk da Cavidlə bağlı danışıb.

O, CBC kanalına açıqlamasında bunları deyib:

“Bizim üçün itkidir. Çünki bu mərhələdə o bizim əsas oyunçumuz idi. Lakin biz başa düşürük ki, bu haqda çox danışmaq olmaz. Siz soruşdunuz, mən cavab verdim. Lakin biz heç yerdə bununla bağlı gileylənməməliyik, danışmamalıyıq.

Çünki yüksək nəticə əldə etmək istəyən komandanın hər hansı oyunçusu əvəzedilməz olmamalıdır. Hər komanda da elə oyunçular olmalıdır ki, onlar lazımi anda sahəyə çıxsınlar, əvəz edə bilsinlər. Düşünürük ki, bizdə də belə olacaq”x9d.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO