“Azərişıq” Masazır qəsəbəsindəki işıq probleminə aydınlıq gətirdi - FOTO

“Azərişıq” Masazır qəsəbəsindəki işıq probleminə aydınlıq gətirdi - FOTO

Hazırda oxunan: “Azərişıq” Masazır qəsəbəsindəki işıq probleminə aydınlıq gətirdi - FOTO

90056

Abşeron rayon Masazır qəsəbəsində işıqların tez-tez söndürülməsi və uzunmüddət fəaliyyətinin bərpa edilməməsi ilə bağlı redaksiyamıza daxil olan şikayəti oxucuların diqqətinə çatdırmışdıq.
 

MÖVZU İLƏ BAĞLI:

“Azərişıq”da hamı məzuniyyətdədir?


“Azərişıq” ASC Bizim.Media-da yayımlanan yazıdan sonra şikayəti yerində araşdırıb. Qurumun mətbuat xidmətindən verilən məlumata görə, hazırda Masazır qəsəbəsinin sözügedən hissəsində işıq infrastrukturu yenidən qurulur:

“Artıq 1 həftədir ki, lazımi tədbirlərin görülməsinə başlanılıb. Hazırda sözügedən ərazidə işlər aparılır. Dirəklər, naqillər dəyişdirilərək yerində yeni güc mərkəzi yaradılır. İşıqların müəyyən fasilələrlə verilməsi də bu proseslə bağlıdır. Tezliklə bu problem tamamilə aradan qaldırılacaq”, - deyə qurumdan  bildirilib.

Səkinə Yusibli, Bizim.Media





© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO