Bakıda məşhur restoranlar şəbəkəsi CƏRİMƏLƏNƏ BİLƏR  

Bakıda məşhur restoranlar şəbəkəsi CƏRİMƏLƏNƏ BİLƏR  

Hazırda oxunan: Bakıda məşhur restoranlar şəbəkəsi CƏRİMƏLƏNƏ BİLƏR  

90032

“Özsüt Azerbaijan” MMC-yə məxsus “Özsüt” kafe və restoranlar şəbəkəsi ilə bağlı inzibati protokol yazılıb.

Bizim.Media-nın əldə etdiyi məlumata görə, şirkət barəsində İnzibati Xətalar Məcəlləsinin 389-cu (statistik müşahidələrin aparılması üçün zəruri olan məlumatların təqdim edilməməsinə və ya vaxtında təqdim edilməməsinə, yaxud hesabatların təhrif edilməsi) maddəsi ilə inzibati protokol tərtib edilib.

Bununla əlaqədar Binəqədi rayon Məhkəməsinə müraciət olunub.

Məhkəmə iddianı təmin edərsə, şirkət beş yüz manatadək  cərimə edilə bilər. Məhkəmənin iddia ərizəsinə nə vaxt baxacağı məlum deyil.

Eldar Məmmədli, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO