AzTU: Yeni prorektoru kollektivə təqdim olundu - FOTO

AzTU: Yeni prorektoru kollektivə təqdim olundu - FOTO

Hazırda oxunan: AzTU: Yeni prorektoru kollektivə təqdim olundu - FOTO

89906

Azərbaycan Texniki Universitetinin (AzTU) ümumi işlər üzrə prorektoru vəzifəsinə təyin edilən Fariz Mustafayev kollektivə təqdim olunub.

Universitetdən Bizim.Media-ya verilən xəbərə görə, Fariz Mustafayevi kollektivə təqdim edən Elm və Təhsil Nazirliyinin aparat rəhbərinin müavini, Elm, ali və orta ixtisas təhsili şöbəsinin müdiri Yaqub Piriyev onun bu vəzifədə böyük təcrübəsinin olduğunu xüsusi qeyd edib.

Bildirib ki, ali təhsil müəssisələrində daxili nizam-intizamın yüksək səviyyədə saxlanılması üçün ümumi işlər üzrə prorektorun üzərinə böyük məsuliyyət düşür.

AzTU-nun rektoru Vilayət Vəliyev də ümumi işlər üzrə prorektor vəzifəsinə yeni təyin olunan Fariz Mustafayevi təbrik edib, ona fəaliyyətində uğurlar arzulayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO