Sabah paytaxtın bu rayonunda təbii qaz olmayacaq

Sabah paytaxtın bu rayonunda təbii qaz olmayacaq

Hazırda oxunan: Sabah paytaxtın bu rayonunda təbii qaz olmayacaq

89902

Sabah paytaxtın Nizami rayonu ərazisində SOCAR "Azəriqaz" İB-nin Təmir Tikinti İdarəsi tərəfindən 570 metr məsafədə çəkilmiş yeni PE-315 mm qaz kəmərinin şəbəkəyə qoşulması işləri aparılacaq.

Bizim.Media xəbər verir ki, bununla bağlı "Azəriqaz" İstehsalat Birliyi məlumat yayıb.

"Saat 10:00-dan 18:00-dək Nizami rayonunun müəyyən ərazilərində (Bəhruz Nuriyev, Cəmşid Naxçıvanski, İsmayılov, Məmmədov küçələri, Qara Qarayev və Babək prospektlərinin bir hissəsində) qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Görülən işlər Nizami rayonu üzrə 10000-dən artıq əhali abonentinin, qeyri-əhali istehlakçılarının, o cümlədən kommunal istiliktəchizatı müəssisələrinin qaz təchizatının yaxşılaşdırılmasına şərait yaradacaq.
Müvəqqəti narahatlığa görə üzr istəyirik",- deyə məlumatda bildirilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO