Sosial işçilər üçün təlim proqramı - İkinci mövsümün YEKUNU - FOTO 

Sosial işçilər üçün təlim proqramı - İkinci mövsümün YEKUNU - FOTO 

Hazırda oxunan: Sosial işçilər üçün təlim proqramı - İkinci mövsümün YEKUNU - FOTO 

89894

İrəli” İctimai Birliyinin təşkilatçılığı ilə gənc sosial işçilər üçün həyata keçirilən “Essentials of Social Work” adlı təlim proqramının ikinci mövsümünə yekun vurulub. 

Bizim.Media xəbər verir ki, təlim proqramının bağlanış mərasimində çıxış edən “İrəli” İctimai Birliyinin sədri Şahin Rəhmanlı qeyd edib ki, gənclərlə işin ən vacib məsələlərindən biri bu işi peşəkar şəkildə mənimsəmiş kadrların olmasıdır.

O, təşkilatın “gənclərlə iş üzrə keyfiyyət nişanı”nın təmin edilməsi, gənc təlimçi və fasilitatorların formalaşması istiqamətində daim çalışdığını bildirən Şahin Rəhmanlı gənclərə gələcək fəaliyyətində uğurlar arzulayıb. 
“İrəli” İctimai Birliyinin Sosial iş üzrə katibi, layihə rəhbəri Günel Abbaszadə vurğulayıb ki, layihə sosial işi praktik cəhətdən aşılamağa, sosial işçilərlə və onların fəaliyyətləri ilə yaxından tanış olmağa, habelə gənclərin bilik və bacarıqlarını möhkəmləndirməyə hesablanıb.

42 saatlıq təlim proqramı çərçivəsində müxtəlif mövzularda qrup işləri aparıldığı, sosial iş üzrə müxtəxəssislərlə görüşlərin keçirildiyi də tədbir müddətində diqqətə çatdırılıb. 

Qeyd edək ki, gənc sosial işçilər üçün nəzərdə tutulan “Essentials of Social Work” layihəsi çərçivəsində ümumilikdə 100-ə yaxın gənc iştirak edib. Layihənin növbəti mövsümünün sentyabr ayında keçirilməsi nəzərdə tutulur.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO