Elm və Təhsil Nazirliyi: Bu şəxslər maaşlarını əlavələrlə alacaq

Elm və Təhsil Nazirliyi: Bu şəxslər maaşlarını əlavələrlə alacaq

Hazırda oxunan: Elm və Təhsil Nazirliyi: Bu şəxslər maaşlarını əlavələrlə alacaq

89884

Təhsilverənlərin sertifikatlaşdırılması prosesi mərhələli şəkildə həyata keçirilir. Əməkhaqqında əlavənin verilməsi təhsilverənlərin sertifikatlaşdırılması prosesindən keçmiş şəxslərə aiddir.

Bizim.Media xəbər verir ki, bunu Elm və Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov bildirib.

O deyib ki, təhsilverənlərin sertifikatlaşdırılması prosesində keçid balını toplamış təhsilverənlərin vəzifə maaşına 10 faiz, keçid balını toplayıb sertifikatlaşdırmanın test mərhələsində 50 baldan yuxarı nəticə əldə etmiş təhsilverənlərin vəzifə maaşına 35 faiz artım edilməsi nəzərdə tutulub.
Qeyd edilib ki, təhsilverənlər işə qəbul olduqdan sonra 5 il müddətində bu prosesdən azaddırlar. Bu səbəbdən həmin şəxslərə aid edilməyəcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO