Şəhid jurnalist Sirac Abışov ziyarət olundu – FOTO   

Şəhid jurnalist Sirac Abışov ziyarət olundu – FOTO   

Hazırda oxunan: Şəhid jurnalist Sirac Abışov ziyarət olundu – FOTO   

89819

Şəhid jurnalist Sirac Abışovun ailə üzvləri Qubadlıda doğmalarının məzarını və ata ocaqlarını ziyarət edib.

Bu barədə onun qardaşı Şirzad Abışov Bizim.Media-nın yerli bürosuna məlumat verib.

Kəlbəcərdə peşə fəaliyyəti zamanı minaya düşərək həlak olan jurnalistin valideynləri və qohumları Qubadlı rayonun Dondarlı kəndinə səfər edərək orada olan məzarları və doğma yurdlarını ziyarət ediblər.
Həmçinin, Sirac Abışovun kənd ərazisində qoyulmuş xatırə lövhəsi də ziyarət olunub, ruhuna dualar oxunub. Ailə üzvləri səfərin təşkil edilməsindən məmnun olduqlarını və zəhməti olan hər kəsə təşəkkürlərini bildiriblər.

Elgün Gəncimsoy, Bizim.Media, Qarabağ bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO