“Vətəndaşlar sabah karantin qaydalarına əməl etməlidir” – Rəsmi açıqlama

“Vətəndaşlar sabah karantin qaydalarına əməl etməlidir” – Rəsmi açıqlama

Hazırda oxunan: “Vətəndaşlar sabah karantin qaydalarına əməl etməlidir” – Rəsmi açıqlama

8978

20 Yanvar faciəsinin 31-ci ildönümü ilə əlaqədar sabah Şəhidlər Xiyabanına üz tutan vətəndaşlarımıza heç bir məhdudiyyət qoya bilmərik.

Bunu Bizim.Media-ya açıqlamasında Bakı Şəhər İcra Hakimiyyətinin mətbuat katibi Mətin Hüseynov söyləyib.

“Biz sadəcə icraedici orqanıq. Şəhidlərimizi ziyarət etmək üçün bu gündən Dağüstü parka ziyarətçilər gəlirlər. Sadəcə olaraq vətəndaşlar respublikada tətbiq olunan karantin qaydalarına əməl etməklə 20 Yanvar faciəsinin qurbanlarının əziz xatirəsini ana bilərlər".

"Gələrkən diqqətli olsunlar, maskadan, digər gigiyenik vasitələrdən istifadə etsinlər. Onların karantin qaydalarına uyğun ziyarət etməkləri üçün ərazidə kifayət qədər Daxili İşlər Nazirliyinin əməkdaşları gücləndirilmiş  rejimdə fəaliyyət göstərəcəklər”.

Gülşanə Mustafayeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO