Temperatur mənfi 2 dərəcəyədək enəcək

Temperatur mənfi 2 dərəcəyədək enəcək

Hazırda oxunan: Temperatur mənfi 2 dərəcəyədək enəcək

8973

"Bu gün ərzində ölkə ərazisində Aralıq dənizi siklonunun keçməsi nəticəsində respublikanın əksər rayonlarında yağıntılı hava müşahidə edilir”.

Bizim.Media-nın məlumatına görə, bu bartədə Millli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva açıqlama verib.

 

MÖVZU İLƏ BAĞLI:

Bakıda gecə saatlarında sulu qar yağacaq – Rəsmi açıqlama


Xidmət rəisi bildirib ki, saat 12-yə olan məlumata görə, gecə  saatlarından yağan qar respublikanın dağlıq və dağətəyi rayonlarında qar örtüyünün yaranmasına səbəb olub:

“Ən yüksək qar örtüyü Qax rayonunun dağlıq  ərazilərində müşahidə edilib. Burada qar 40 sm-dən artıq olub. Gün ərzində respublikanın əksər rayonlarında yağıntılar davam edəcək və axşama doğru, ayın 20-də, hətta respublikanın Aran rayonlarında yağışın sulu qara və qara keçəcəyi proqnozlaşdırılır”.

U.Tağıyeva qeyd edib ki, Bakıda və Abşeron yarımadasında ayın 20-də yağışın sulu qar və qarla qarışıq yağması gözlənilir:

“Havanın temperaturu gecə saatlarında 0 dərəcəyə yaxınlaşacaq. Yanvarın 20-dən 21-nə və 21-dən 22-nə keçən gecə paytaxtda temperaturun 0-mənfi 2 dərəcə olacağı proqnozlaşdırılır”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO