Valideynlərə şad xəbər: Ucuz məktəbli yarmarkaları açıldı - VİDEO

Valideynlərə şad xəbər: Ucuz məktəbli yarmarkaları açıldı - VİDEO

Hazırda oxunan: Valideynlərə şad xəbər: Ucuz məktəbli yarmarkaları açıldı - VİDEO

89712

Bakıda bəzi metrostansiyaların çıxışında məktəbli yarmarkaları fəaliyyətə başlayıb.

Bizim.Media xəbər verir ki, yarmarkalar Bakı Şəhər İcra Hakimiyyətinin göstərişinə əsasən əhalinin sıx olduğu yerlərdə yaradılıb.

Məqsəd yeni tədris ili ərəfəsində şagirdlərin məktəbli ləvazimatlarına olan ehtiyaclarını daha asan, rahat, çevik şəkildə təmin etməkdir.

Çadır tipli yarmarkaların sentyabrın 25-ə qədər fəaliyyət göstərəcəyi bildirilir. Bakı şəhər İcra Hakimiyyətindən bildirilib ki, qiymətlərə və xidmətə nəzarət ediləcək.

Yarmarkada qiymətlər belə dəyişir:

Qələm: 10 qəpikdən – 60 qəpiyə qədər.

Dəftər: 20 qəpikdən – 90 qəpiyə qədər.

Pozan: 20 qəpikdən – 70 qəpiyə qədər.

Su qabı: 7 manatdan – 15 manatadək.

Çanta: 12 manatdan – 40 manatadək.

Bizim.Media

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO