Rusiya sülhməramlıları “Arsax”ın (Qarabağdakı qondarma rejim) ictimai televiziyasının çəkiliş qrupunu Laçın rayonunun Zabux kəndinə buraxmayıb.
Bizim.Media xəbər verir ki, bununla bağlı görüntülər “Armenia Life” Telegram kanalında yer alıb.
Videoda çəkiliş qrupunun maşını kəndin girəcəyində saxlanılır. Jurnalist qız isə məcbur qalaraq qanunsuz şəkildə ərazidə yaşayan ermənidən kəndin kənarında müsahibə alır.
Xatırladaq ki, bir neçə gün əvvəl Rusiyanın sülhməramlı kontingentinin ciddi nəzarəti altında “Haqqın.az” saytının baş redaktoru Eynulla Fətullayev Zabux və Laçında çəkiliş aparıb.
Bizim.Media