Gəncədə tibb sahəsində beynəlxalq konfrans keçirilir - FOTO

Gəncədə tibb sahəsində beynəlxalq konfrans keçirilir - FOTO

Hazırda oxunan: Gəncədə tibb sahəsində beynəlxalq konfrans keçirilir - FOTO

89565

Gəncədə “l Gəncə Qastroenteroloji günləri” Tibbi konfransı keçirilir.

Bizim.Media-nın yerli bürosunun məlumatına görə, “I Gəncə Qastroenteroloji günləri” Tibbi konfransda Gəncə Şəhər İcra Hakimiyyəti başçısının müavini Adil Tağıyev, “Gəncə Şəhər Birləşmiş Xəstəxanası” PHŞ-nin direktor əvəzi İlkin İsmayılov, Azərbaycan Endoskopik- Laparoskopik Cərrahlar Assosiasiyasının sədri professor Müşviq Həsənov, “Olimp Hospital”ın Qastroenterologiya, hepatologiya və invaziv endoskopiya mərkəzinin müdiri Aqil Ağakişiyev və başqaları iştirak ediblər.

Konfransda qeyd olunub ki, dünyada tibbi texnologiyanın və müalicə metodlarının sürətlə inkişaf etməsinə baxmayaraq, hələ də təbabətdə həllini gözləyən çoxsaylı problemlər mövcuddur.
Bu problemlərin həlli yollarının axtarılması tibb elm adamları və mütəxəssislərini daim düşündürür.

Bir çox xəstəliklərin erkən diaqnostikasında və müalicəsində kompleks müalicə metodları ilə yanaşı, laparoskopik, endoskopik və robotik cərrahiyyə metodları yeni texnologiyalar sayəsində daha sürətlə və etibarlı olaraq həyata keçirilə bilir.

Bu baxımdan müasir müalicə metodlarının multidisiplinar müzakirəsi olduqca aktualdır.

Günümüzdə bilik və təcrübə ehtiyaclarının ödənilməsi üçün müasir texnologiyaların, müalicə metodlarının, yanaşmaların təhlil edilməsi vacibdir. Konfransda yerli və xaricin mütəxəssislərin “Endoskopik submukozal disseksiyon”, “Qida borusu stentlənməsi. Nə zaman? Hansı stent?”, “Heriatrik xəstələrdə üst GİS qanamalarının endoskopik müalicəsi”, “Perianal fistulların müalicəsində cərrahi müdaxilə üsullarının seçilməsi” və digər mövzularda məruzələri dinlənilib, əməliyyat blokundan canlı yayım izlənilib.

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramova “I Gəncə Qastroenteroloji günləri” Tibbi konfransın təşkilində göstərdiyi dəstəyə görə Azərbaycan Endoskopik-Laparoskopik Cərrahlar Assosiasiyası tərəfindən “Təşəkkürnamə” təqdim olunub.
2 gün davam edəcək “I Gəncə Qastroenteroloji günləri” Tibbi konfransında təbabətin müxtəlif sahələrində aktual olan bir çox problemlərin həlli yolları haqqında tibb alimləri və mütəxəssislər tərəfindən müzakirələr aparılacaq, canlı təqdimatlar olunacaq.  

Konfrans Gəncə Şəhər İcra Hakimiyyətinin dəstəyi, Azərbaycan Endoskopik-Laparoskopik Cərrahlar Assosiasiyası, TƏBİB-in, Milli Onkologiya Mərkəzinin, Azərbaycan Qastroenteroloqları və Hepatoloqlar İctimai Birliyinin, Elmi-Tədqiqat Pediatriya İnstitutunun, “Gəncə Şəhər Birləşmiş Xəstəxanası” PHŞ-nin və digər qurumların iştirakı, Gəncə Beynəlxalq Xəstəxananın təşkilatçılığı ilə keçirilir.  

Məqsəd Rəhimov, Bizim.Media, Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO