Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən inzibati dövlət qulluğu vəzifələrinin A növünə (inzibati rəhbər vəzifələr) aid olan AB və AC qruplarına uyğun vəzifələr üzrə sentyabrın 11-də keçiriləcək test imtahanına qeydiyyat aparılır.
DİM-dən Bizim.Media-ya bildirilib ki, imtahana qeydiyyat sentyabrın 9-u saat 14:00-dək davam edəcək.
İmtahan Bakı şəhəri, Nəsimi rayonu, Əbdulvahab Salamzadə küçəsi, 28 ünvanında kompüter vasitəsilə keçiriləcək. Bu günə olan məlumata görə, 9 (AB - 4, AC - 5) nəfər qeydiyyatdan keçib.
Qeyd edək ki, imtahan vermək istəyən namizədin DİM-in portalında “Şəxsi kabinet”i olmalıdır. Kabinet yaradılan zaman pul hesabı açılır. İmtahanlarda iştirak üçün ödəniş tarifləri DİM-in saytında yerləşdirilib.
“Şəxsi kabinet”də olan pul hesabına vəsait daxil etmək üçün müxtəlif ödəniş üsullarından (ətraflı məlumat DİM-in saytında) istifadə etmək olar.
“Şəxsi kabinet” yaradıldıqdan və hesaba lazımi vəsait daxil edildikdən sonra imtahan vermək üçün DİM-in internet portalında dövlət qulluğuna qəbul üzrə test imtahanında iştirak etmək üçün onlayn qeydiyyatdan keçmək lazımdır.
Qeydiyyatdan keçən və imtahanda iştirak etməyən namizədlərin ödədiyi məbləğ geri qaytarılmır.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
11:52 / 20.08.2022
Dövlət qulluğunda rəhbər vəzifələrə imtahanla bağlı VACİB XƏBƏR
Hazırda oxunan: Dövlət qulluğunda rəhbər vəzifələrə imtahanla bağlı VACİB XƏBƏR
Hazırda oxunan: Dövlət qulluğunda rəhbər vəzifələrə imtahanla bağlı VACİB XƏBƏR
89535
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.