Qəbələdə qətl törədən qadınlar MƏHKƏMƏ QARŞISINDA

Qəbələdə qətl törədən qadınlar MƏHKƏMƏ QARŞISINDA

Hazırda oxunan: Qəbələdə qətl törədən qadınlar MƏHKƏMƏ QARŞISINDA

89482

Qəbələ rayonunda qətl törətməkdə ittiham olunan Rüfanə Nəbiyeva və Kəmalə Maksumbekovanın cinayət işi üzrə ibtidai istintaq başa çatıb. 

Bizim.Media xəbər verir ki, cinayət işi baxılması üçün Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilib və iş hakim Bilal Məmmədovun icraatına verilib.  Yaxın günlərdə məhkəmə prosesi başlanacaq. 

Ittihama görə, bu ilin martın 5-də Aytac Əliyevanın qəsdən öldürülməsi faktı ilə bağlı Qəbələ Rayon Prokurorluğunda cinayət işi başlanıb. 

1993-cü il təvəllüdlü Rüfanə Nəbiyeva Aytac Əliyevanın əri ilə 6 ilə yaxın münasibətdə olub. Sonuncu Aytacdan boşanaraq Rüfanə Nəbiyeva ilə ailə quracağına söz verib. Buna baxmayaraq, sözünə əməl etməyib.
 

MÖVZU İLƏ BAĞLI:

Qəbələdə qızın öldürülməsi ilə bağlı RƏSMİ AÇIQLAMA - Qadın həbs edildi


Buna görə o, Aytac Əliyevanın ərinə guya xəyanət etmək məqsədi ilə evi tərk etməsi görüntüsü yaratmaq üçün rəfiqəsi Kəmalə Maksumbekova və sonuncunun 2008-ci il təvəllüdlü azyaşlı oğlu ilə birlikdə cinayət əlaqəsinə girib, zərərçəkmiş şəxsin yaşadığı evə gələrək onu oğurlayıb.

Daha sonra Şəki şəhərində yaşadıqları evə aparılaraq saxlanması barədə razılığa gəliblər.  Onların Aytac Əliyevanın həyatı və sağlamlığı üçün təhlükəli olan zor tətbiq etməklə oğurlamasına cəhd etməsinə, daha sonra isə Kəmalə Maksumbekovanın ümumi razılaşdırılmış niyyətdən kənara çıxaraq Aytac Əliyevanı qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Rüfanə Nəbiyeva və Kəmalə Maksumbekova şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Sözügedən şəxslər Cinayət Məcəlləsinin 120.2.5-ci (qəsdən adam öldürmə), 29, 144.2.4-cü (adam oğurluğuna cəhd – zərərçəkmiş şəxsin həyatı və ya sağlamlığı üçün təhlükəli olan zor tətbiq etməklə törədildikdə) və 170.3 (yetkinlik yaşına çatmayanı cinayətkar fəaliyyətə cəlb etmə – zor tətbiq etməklə və ya zor tətbiq etmək hədəsi ilə törədildikdə və ya yetkinlik yaşına çatmayanı cinayətkar qrupa və ya ağır, yaxud xüsusilə ağır cinayətin törədilməsinə cəlb etmə) maddələri ilə təqsirləndilirən şəxs qismində cəlb ediliblər. 

Eldar Məmmədli, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO