İltimas Məmmədov Dövlət Xidmətində şöbə rəisi təyin olundu

İltimas Məmmədov Dövlət Xidmətində şöbə rəisi təyin olundu

Hazırda oxunan: İltimas Məmmədov Dövlət Xidmətində şöbə rəisi təyin olundu

89477

İltimas Məmmədov Xüsusi Rabitə və İnformasiya Təhükəsizliyi Dövlət Xidmətində şöbə rəisi təyin olunması ilə bağlı rəsmi açıqlama verilib. 

Bizim.Media xəbər verir ki, məsələ ilə bağlı Xüsusi Rabitə və İnformasiya Təhükəsizliyi Dövlət Xidmətinin yaydığı açıqlamada deyilir:

“Bir sıra saytlarda Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhükəsizliyi Dövlət Xidmətinin şöbə rəisi təyin olunan İltimas Məmmədov haqqında yayılan məlumatlar həqiqəti əks etdirmir və dezinformasiya xarakteri daşıyır.
İltimas Məmmədov hazırda Xidmətdə şöbə müdiri vəzifəsinə təyin olunmuşdur və öz bilik, bacarıq və peşəkar təcrübəsindən səmərəli istifadə etməklə xidməti vəzifələrinin öhdəsindən məharətlə gəlir.

Baş Prokurorluq tərəfindən dəfələrlə media nümayəndələrinə müraciət edilərək rəsmi dövlət qurumları ilə dəqiqləşdirilməmiş, təhrif olunmuş məlumatların yayılmaması xahiş olunsa da, təəssüf ki, bəzi media subyektləri tərəfindən peşəkar jurnalistika fəaliyyətinə riayət edilmədən bu növ məlumatlar yayılmaqdadır. 

Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhükəsizliyi Dövlət Xidməti media nümayəndələrindən rəsmi qurumlarla dəqiqləşdirilməmiş məlumatları yaymamağı xahiş edir”, - deyə Xidmətin açıqlamasında deyilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO