Sabirabadda qonşusunu öldürməyə cəhd edən şəxs MƏHKƏMƏ QARŞISINDA  

Sabirabadda qonşusunu öldürməyə cəhd edən şəxs MƏHKƏMƏ QARŞISINDA  

Hazırda oxunan: Sabirabadda qonşusunu öldürməyə cəhd edən şəxs MƏHKƏMƏ QARŞISINDA  

89436

2022-ci il yanvarın 28-də Sabirabad rayonu, Qarağac kənd sakini İmaməli Hacıyevin kəsilmiş-deşilmiş xəsarətləri alması faktı üzrə başlanmış cinayət işi üzrə istintaq tamamlanıb. 

Bu barədə Bizim.Media-ya Sabirabad rayon prokurorluğundan məlumat verilib.

İstintaqla zərərçəkmişin qonşusu Hikmət Mirzəyevin qeyd edilən tarixdə zor tətbiq etməklə İmaməli Hacıyevin yaşadığı evə daxil olub sonuncunun anasının gözləri qarşısında qisas niyyəti ilə bıçaqla xəsarətlər yetirərək onu qəsdən öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edilib.  
Hikmət Mirzəyevə Cinayət Məcəlləsinin 29, 120.2.4 (xüsusi amansızlıqla və ya ümümi təhlükəli üsulla adam öldürməyə cəhd) və 157.2-ci (zor tətbiq etməklə və ya zor tətbiq etmə hədəsi ilə mənzilə daxil olma)  maddələri ilə ittiham elan edilərək cinayət işi baxılması üçün aidiyyəti üzrə Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO