Arif Yunusun səhhətində yenə problem yarandı  -Məhkəmə zalında

Arif Yunusun səhhətində yenə problem yarandı -Məhkəmə zalında

Hazırda oxunan: Arif Yunusun səhhətində yenə problem yarandı -Məhkəmə zalında

89387
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Sülh və Demokratiya İnstitutunun (SDİ) həbsdə olan direktoru Leyla Yunus və həyat yoldaşı Arif Yunusun cinayət işi üzrə bu günə təyin olunmuş məhkəmə prosesi baş tutmayıb.

Virtualaz.org saytının prosesi izləyən müxbirinin verdiyi xəbərə görə, hakim Əfqan Hacıyevin sədrlik etdiyi prosesdə Arif Yunusun səhhəti pisləşdiyi üçün fasilə elan olunub. Məhkəməyə həkim briqadası cəlb edilib. Müxbirimiz onu da bildirib ki, bu zaman Leyla Yunus səs-küy salaraq, qalmaqal yaradıb. Məhkəmə heyəti bir neçə dəfə prosesdə qısamüddətli fasilə verib. Hazırda Arif Yunusa tibbi yardım göstərilir. Qeyd edək ki, prosesin bu gün dövlət ittihamçısının çıxışı ilə davam etdirilməsi və onlara iş istənilməsi nəzərdə tutulub.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO