AMEA-nın yeni nizamnaməsi HAZIRLANDI 

AMEA-nın yeni nizamnaməsi HAZIRLANDI 

Hazırda oxunan: AMEA-nın yeni nizamnaməsi HAZIRLANDI 

89382

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) yeni nizamnaməsinin ilkin nümunəsi hazırlanıb. 

Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) vitse-prezidenti, akademik İsa Həbibbəyli açıqlama verib.  

O, Report.az-a bildirib ki, Prezident İlham Əliyevin imzaladığı fərmanla AMEA-da yeni struktur islahatlarının aparılması, strukturun müəyyən edilməsi və nizamnamənin hazırlanıb təqdim olunmasına üç ay vaxt verilib: 

"Buna baxmayaraq, həm struktur istiqamətləri üzrə iş aparılır, həm də müzakirələr keçirilir. Ümid edirəm ki, Rəyasət Heyətinin bugünkü iclasında da bu istiqamətdə müzakirələr aparıla bilər. Nizamnamənin yenidən hazırlanması istiqamətində də işlər davam etdirilir.  
Nizamnamənin yeni formatda ilkin nümunəsini hazırlamışıq. Yaxın zamanlarda Nizamnamə Komissiyasının üzvləri ilə birlikdə onun müzakirələri davam etdiriləcək və Rəyasət Heyətinin müzakirəsinə veriləcək". 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO