Bu il mayın 24-də Salyan rayonu ərazisində 1970-ci il təvəllüdlü Natiq Əhmədovun öldürülməsi faktı ilə bağlı başlanmış cinayət işinin ibtidai istintaqı tamamlanıb.
Bu barədə Bizim.Media-ya rayon prokurorluğundan məlumat verilib.
Bildirilib ki, istintaqla rayon sakini, 1991-ci il təvəllüdlü İnsanağa Əsgərovun qeyd edilən tarixdə küçədə əvvəldən tanımadığı Natiq Əhmədova yaxınlaşaraq heç bir əsaslı səbəb olmadan kəsici-deşici alətlə müxtəlif nahiyələrinə xəsarətlər yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
İş üzrə toplanan sübutlar əsasında İnsanağa Əsgərova Cinayət Məcəlləsinin 120.2.2-ci (xuliqanlıq niyyəti ilə adam öldürmə) maddəsi ilə ittiham elan edilib və cinayət işi baxılması üçün Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Bizim.Media
![Salyanda amansızlıqla qətl törədən şəxs MƏHKƏMƏ QARŞISINDA Salyanda amansızlıqla qətl törədən şəxs MƏHKƏMƏ QARŞISINDA](https://bizim.media/file/articles/2022/08/19/1660892465_msg2105727493-4102.jpg)
- A-
- A
- A+
Cəmiyyət
11:13 / 19.08.2022
Salyanda amansızlıqla qətl törədən şəxs MƏHKƏMƏ QARŞISINDA
Hazırda oxunan: Salyanda amansızlıqla qətl törədən şəxs MƏHKƏMƏ QARŞISINDA
Hazırda oxunan: Salyanda amansızlıqla qətl törədən şəxs MƏHKƏMƏ QARŞISINDA
89373
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.