Azərbaycan Ordusunda hərbçi yoldaşını qətlə yetirməkdə şübhəli bilinən şəxs tutulub.
Baş Prokurorluğun Mətbuat xidmətindən Bizim.Media-ya bildirilib ki, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Mirzoev Elmar Elçhin oğlunun odlu silahdan açılan atəş nəticəsində aldığı güllə yarasından vəfat etməsi faktı ilə bağlı Ağdam Hərbi Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə, yəni digər şəxsi qəsdən həyatdan məhrum etmə) maddəsi ilə cinayət işi başlanıb.
MÖVZU İLƏ BAĞLI:
MÜDAFİƏ NAZİRLİYİ: Azərbaycan Ordusunun hərbi qulluqçusu vəfat etdi
İstintaqla cinayətin müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Rzayev Bəhruz Sübhan oğlu tərəfindən törədilməsinə əsaslı şübhələr müəyyən olunub.
Bəhruz Rzayev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.
Bizim.Media