Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyevanın tapşırığına əsasən, Ombudsmanın Milli Preventiv Qrupunun (MPQ) üzvləri tərəfindən Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsinin Müvəqqəti Saxlama Yerinə (MSY) əvvəlcədən xəbərdarlıq etmədən başçəkmə həyata keçirilib.
Bizim.Media xəbər verir ki, MPQ-nin həkim və psixoloq üzvlərinin də iştirak etdiyi başçəkmə zamanı MSY-nin kameralarına, tibb, görüş, mətbəx otaqlarına, gəzinti yerinə baxış keçirilib.
MSY-nin bütün kameralarının təmir olunduğu, saxlanılan şəxslərə tibbi xidmət göstərilməsi üçün ayrılmış tibb otağının lazımi inventarlar və dərman preparatları ilə təchiz olunduğu müşahidə edilib.
Başçəkmənin sonunda müəssisə rəhbərliyi və əməkdaşları ilə görüş keçirilib, maarifləndirici söhbət aparılıb, saxlanma şəraitinin, sənədləşmə işinin təkmilləşdirilməsi ilə bağlı tövsiyələr verilib.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
15:11 / 18.08.2022
Ombudsman əməkdaşları müvəqqəti saxlama yerinə baş çəkiblər
Hazırda oxunan: Ombudsman əməkdaşları müvəqqəti saxlama yerinə baş çəkiblər
Hazırda oxunan: Ombudsman əməkdaşları müvəqqəti saxlama yerinə baş çəkiblər
89260
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.