Ağalı kənd orta məktəbində dərslər ilk dəfə bu ilin sentyabrın 15-də başlayacaq.
Böyük qayıdışın ilkin mərhələsinin başlandığı Zəngilan rayonu Ağalı kənd tam orta məktəbinə müddətli müqavilə ilə vakansiya seçiminə start verilib.
Vakansiya seçimində müəllimlərin işə qəbulu üzrə müsabiqənin test imtahanı mərhələsində 40 və daha yüksək bal toplamış namizədlər iştirak edə bilər.
Məktəbdə Azərbaycan, rus və ingilis dili, riyaziiyyat və fiziki tərbiyə fənnləri üzrə müəllimə ehtiyac var.
Hələ sakinlər köçməzdən əvvəl Ağalı kəndində 360 şagird yerlik ikimərtəbəli məktəb binası və birmərtəbəli 60 yerlik uşaq bağçası istifadəyə verilib.
Məktəbə Ağalı kənd sakini Nərmin Həsənova direktor təyin edilib.
Təhsil Nazirliyi Zəngilan rayonunun Ağalı kənd orta məktəbinin ehtiyac üzrə fənn müəllimləri ilə təmin ediləcəyi barədə açıqlama da vermişdi. O da qeyd edilmişdi ki, məktəbdə digər ümumi təhsil müəssisələrində tədris edilən, yəni plana uyğun fənlər tədris olunacaq.
MÖVZU İLƏ BAĞLI:
Ağalı məktəbində vakansiya seçiminə START VERİLDİ
Həmçinin, Ağalı məktəbinin birinci sinfinə şagird qəbulu prosesi 14 sentyabr tarixinə kimi davam edəcək. Hələlik prosses davam etdiyindən şagirdlərin sayı barədə dəqiq məlumat verilmir.
Ağalı kəndində işləmək üçün gedən müəllimlərə hər hansı güzəştlər olacaqmı?-sualına Təhsil Nazirliyinin rəsmisi elə bir güzəşt, fərq nəzərdə tutulmayıb dedi:
“Ölkə ərazisində fəaliyyət göstərən bütün məktəblərin müəllimləri kimi məvacib alacaqlar”.
O ki, qaldı müraciət edənlərin sayına, Cəsarət Valehov çox olduğunu dedi, amma dəqiq sayı vakansiyanın sonuncu günü, yəni sabah açıqlayacaqlarını bildirdi.
Bizim.Media