Rus ordusunun kapitanı Rostovda azərbaycanlını güllələdi

Rus ordusunun kapitanı Rostovda azərbaycanlını güllələdi

Hazırda oxunan: Rus ordusunun kapitanı Rostovda azərbaycanlını güllələdi

89227

Rus zabiti Rostov şəhərində müharibəyə qarşı olduğunu deyən taksi sürücüsünü güllələyib. Buna səbəb Ukraynadakı müharibə ilə bağlı mübahisə olub. 

Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı 161.ru saytı yayıb.

Nəşrin hüquq-mühafizə orqanlarından olan həmsöhbəti bildirib ki, 51 yaşlı taksi sürücüsünü öldürməkdə Moskva vilayətindən olan Rusiya ordusunun 33 yaşlı kapitanı şübhəli bilinir.

Bereqovaya küçəsində taksi sürücüsünün güllə yaraları olan meyiti tapılıb.

İlkin versiyaya görə, kapitan onu Bereqovaya gətirən taksi sürücüsünə "Ukrayna müharibəsi ilə bağlı siyasi mövqeyini" sübut etməyə başlayıb, sürücü isə onunla razılaşmayıb.

Hərbçi saxlanılaraq həbs edilib, hadisənin başvermə şəraiti araşdırılır. Nəşrin həmsöhbəti bildirib ki, hərbçi düzgün ifadə verməyib.
Mərhum Azərbaycan əsilli olub. O, uzun illər əvvəl öncə Rostov vilayətinə köçüb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO