Biznes qurmaq adı ilə 4 nəfərin 1 milyon manatını ələ keçirdi

Biznes qurmaq adı ilə 4 nəfərin 1 milyon manatını ələ keçirdi

Hazırda oxunan: Biznes qurmaq adı ilə 4 nəfərin 1 milyon manatını ələ keçirdi

88977

Bakıda biznes qurmaq adı ilə dələduzluq etməkdə ittiham olunan Azər Cavanşir oğlu Əsgərovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.  

Bizim.Media-nın əldə etdiyi məlumata görə, cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.  

İş hakim Siyavuş Hacıyevin icraatına verilib. Yaxın günlərdə bu iş üzrə məhkəmə prosesi başlayacaq.  

İttihama görə, Azər Əsgərov biznes qurmaq adı ilə 4 nəfərə qarşı dələduzluq edib.  

Cinayət işi üzrə - Rasim Namazov, Abuzər Behbudlu, Mehman Axundov və Emil Rəsulov zərərçəkmiş şəxs qismində tanınıblar. Cinayət işi üzrə zərərin miqdarı 1 milyon manatdan çoxdur.  
İstintaq orqanı tərəfindən Azər Əsgərovun barəsində Cinayət Məcəlləsinin 178.2.3-cü (külli miqdarda dələduzluq törətmək) maddəsi ilə ittiham elan edilib.  

Eldar Məmmədli, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO