Şabran rayonunda yanğınla bağlı SON VƏZİYYƏT NECƏDİR? - VİDEO

Şabran rayonunda yanğınla bağlı SON VƏZİYYƏT NECƏDİR? - VİDEO

Hazırda oxunan: Şabran rayonunda yanğınla bağlı SON VƏZİYYƏT NECƏDİR? - VİDEO

88963

“Şabran rayonunda yanğın davam edir. Zöhrəmli kəndindən sonra Pirəbədil kəndinə də alov keçib. Hazırda yanğının qarşısı alınsa da Pirəbədil kəndində bir neçə yanğın ocağı qalmaqdadır.

FHN-in 13 yanğındöndürən avtomobili, canlı qüvvəsi və bir helikopteri alov ocaqlarını tam döndürməklə məşğuldur”.

Məlumatı Bizim.Media-ya Şabran RİH başçısının müavini İlkin Ağayev verib.

Onun sözlərinə görə, ötən gün yanğın Pirəbədil və Qorğan kənd qəbristanlıqlarına da keçmişdi.

Yanğınsöndürənlərin səyi nəticəsində qəbirlərə ziyan dəyməsinin qarşısı vaxtında alınıb.

Rayona dəyən ziyanın həcmi dəqiqləşdirilir.


Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu





© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO