Moderator.az BDU-nun professoru Qulu Məhərrəmli bu faktı jurnalistikaya marağın azalması yox, qəbulun qüsurlu aparılması ilə izah edib. Qüsur isə TQDK-dan xa0yox, qabiliyyət imtahanı ideyasının qızğın tərəfdarlarından qaynaqlanır. TQDK normal standartlar və qiymətləndirmə meyarları hazırlayaraq təqdim edib. Amma adı esse qoyulmuş "inşa" yazılarını kimin yoxlaması vacibdir. Məsələn, mən xa0burada qəzet redaktorlarının yazı yoxlamasının qəti əleyhinəyəm, çünki onların bəziləri bu yazıları xa0psixoloji olaraq qəzet səhifəsinə çıxacaq material kimi gözdən keçirirlər, bəzilərinin isə heç düz-əməlli savadı yoxdur. Digər tərəfdən, axı bir inşa yazmaqla biz necə müəyyənləşdirə bilərik ki, bu gənc yaxşı jurnalist olacaq? Bir də axı jurnalistika bədii yaradıcılıq deyil ki, tələbənin fantaziyasını, necə uydurmasını qiymətləndirək. Jurnalist materialı fakt əsasında, sənədlərə istinadən yazılan publisistik əsərdir. Yəni jurnalist gördüyünü, olanı doğru-dürüst yazmalıdır, yoxsa indidən təxəyyulə güc verən abituriyent sabah necə jurnalist olacaq. Ona görə də ya qabiliyyət imtahanının forması dəyişməli, ya da onu ləğv etməliyik. Məncə, ikinci yol daha doğru olardı ki, biz abituriyentin seçim imkanını məhdudlaşdırmayaq" Professor belə hesab edir ki, iki il dalabadal uğursuz nəticənin göstərilməsi o deməkdir ki, bizim qabiliyyət imtahanında "həvəsi olanlar gəlsin" arqumentimiz abituriyentlər üçün ciddi psixoloji maneəyə çevrilib. Ona görə də bir tədbir görülməlidir.

- A-
- A
- A+
Cəmiyyət
19:57 / 03.08.2015
Jurnalistika peşəsinə maraq azalıb?
Hazırda oxunan: Jurnalistika peşəsinə maraq azalıb?
Hazırda oxunan: Jurnalistika peşəsinə maraq azalıb?
88930
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

































































































