Prokurorluqdan 24 il əvvəl güllələnmiş şəxsin iddialarına MÜNASİBƏT

Prokurorluqdan 24 il əvvəl güllələnmiş şəxsin iddialarına MÜNASİBƏT

Hazırda oxunan: Prokurorluqdan 24 il əvvəl güllələnmiş şəxsin iddialarına MÜNASİBƏT

88922

Baş Prokurorluq bəzi media və sosial şəbəkə səhifələrində Bakı şəhər sakini İbadov Qərib Əliəkbər oğlunun, ona qarşı 1998-ci ildə cinayət törətmiş konkret şəxslərin məlum olduğu halda, prokurorluq orqanları tərəfindən onların cinayət məsuliyyətinə cəlb edilməməsi ilə bağlı səsləndirdiyi fikirlərə münasibət bildirib.

Baş Prokurorluqdan Bizim.Media-ya verilən məlumata görə, fevral 1998-ci il tarixdə ayaqqabı təmiri sexində işləyən Qərib İbadova odlu silahdan naməlum şəxs tərəfindən atəş açılaraq qəsdən öldürülməsinə cəhd edilməsi faktı ilə bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanmaqla istintaq aparılıb: 
 

MÖVZU İLƏ BAĞLI:

Baş Prokurorluğa edilən MÜRACİƏTLƏRİN SAYI


"Qərib İbadovun, təqsirləndirilən şəxslərin məlum olmasını iddia etməsinə baxmayaraq, bu günədək istinaqla qeyri-aşkar şəraitdə cinayət törətmiş şəxslərin müəyyən edilməsi mümkün olmayıb.

Odur ki, qeyd edilən iş üzrə hər hansı şəxsin şübhəli şəxs qismində saxlanılması və ya ittiham elan edilməsi üçün kifayət qədər əsaslar müəyyən edilməyib. Hazırda zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO