Azərbaycanda balın qiyməti son 10 ilin REKORD həddinə çatdı -  Səbəb NƏDİR?

Azərbaycanda balın qiyməti son 10 ilin REKORD həddinə çatdı -  Səbəb NƏDİR?

Hazırda oxunan: Azərbaycanda balın qiyməti son 10 ilin REKORD həddinə çatdı -  Səbəb NƏDİR?

88905

İstehlak bazarında təbii balın qiyməti kəskin şəkildə bahalaşıb. Hazırda bazarda bir kiloqram balın qiyməti 30-35 manatdan başlayır. Bu isə son 10 ilin ən baha qiymətidir.

Bəs balın qiymətinin bu qədər bahalaşması nə ilə bağlıdır?

Azərbaycan Arıçılar Assosiasiyasının sədri Bədrəddin Həsrətov Bizim.Media-ya açıqlamasında qiymətinin qalxmasını arı üçün lazım olan məhsulların -bidon və dərmanların belə, ölkəyə xaricdən gətirilməsiylə əsaslandırdı:

“Arıçılıqda istifadə olunan avadanlıqların 90-95 faizi xaricdən gətirilir. Son vaxtlar dünya bazarında baş verən qiymət artımı təbii ki, ölkəmizə idxal olunan avadanlıqlar və dərman preparatlarına da öz təsirini göstərib”.
Bədrəddin Həsrətov qiymət artımının bir səbəbini də idxal olunan balın həcminin azalmasında görür: 

“Əvvəllər Ukraynadan, Rusiyadan, İrandan, Türkiyədən və digər ölkələrdən iri həcmdə bal idxal olunurdu. Amma məlum səbəblərə görə bəzi ölkələrdən idxal dayanıb, bəzi ölkələrdən isə bal məhsullarının gətirilməsi azalıb. Təbii ki, bu da qiymət artımına öz təsirini göstərib”.

Təbii ki, belə vəziyətdə ilk ağıla gələn işğaldan azad olan Qarabağ və ətraf ərazilərin imkanlarıdır. 
Assosiyasiya sədri bildirdi ki, Azərbaycanda 620 min arı ailəsi var və 25 min arıçı fəaliyyət göstərir:

“620 min arı ailəsindən 20 mini Qarabağa köç edə bilir. Biz gözləyirik ki, Qarabağda həyat yenidən canlansın. Məhz o zaman arı ailələrinin sayı kəskin artacaq. Hələliksə, Qarabağdakı imkanlardan obyektiv səbəblər üzündən tam yararlana bilmirik”.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO