Deputatdan FNH əməkdaşlarının videosuna sərt REAKSİYA: “Böyük iş olub, iki nəfər

Deputatdan FNH əməkdaşlarının videosuna sərt REAKSİYA: “Böyük iş olub, iki nəfər "qucaqlaşıb"

Hazırda oxunan: Deputatdan FNH əməkdaşlarının videosuna sərt REAKSİYA: “Böyük iş olub, iki nəfər "qucaqlaşıb"

88845

“FHN-in əməkdaşlarının videosunu yayanların hamısını şiddətlə qınayıram. Amma, bunu çəkənlər və sifariş verənlər, sonra mətbuata ötürənlər isə o dünyada cavab verməli olacaqlar”.

Bizim.Media xəbər verir ki, bu fikirləri özünün "Facebook" səhifəsində Milli Məclisin deputatı Razi Nurullayev yazıb.

Onun sözlərinə görə, minlərlə insan nə qədər amansız, ev yıxan, baş kəsən və özgə işinə burnunu soxan olub:

“Ayıbdır, vallah. Baxış, bəyənmə qazanmaq üçün yarışa çıxıblar, xeyli insan və digər ictimai-siyasi marağı olanlar da bunu dövlətə qarşı qoyur. Bu nədir, a kişi! Belə şey olar? İnstagram, YouTube, Tiktok, Facebook və s”,

Deputat qeyd edib ki, özünün bundan da artıq pis əməlləri olanlar da yazır və paylaşır:

“Utanın! Bu videonu çəkənləri və mətbuata ötürənləri isə şiddətlə qınayın. Ölkəmizdə bu tip məsələlərdən də ağır və müzakirə olunası məsələlər var. Böyük iş olub, iki nəfər "qucaqlaşıb".

Bilmədən, əgah olmadan paylaşırlar. Bəlkə sizlər paylaşmaqla onların və yaxınlarının həyatına ciddi təhlükə törətmiş olursunuz!? O qadını, o kişini, onların yaxınlarını düşünün. Bədxah adamların qurduğu tora düşüb, özünüz də bilmədən düşmənllərin dəyirmanına su tökməyin”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO