Astara rayon, Rudəkənar kənd sakini 04.12.1996-cı il təvəllüdlü Əhədli Elmira Elşən qızı 15.08.2022 tarixdə saat 15:55-də 36-37 həftəlik hamiləlik diaqnozu ilə xəstəxanaya ağrılarla daxil olub.
Bu barədə TƏBİB-dən Bizim.Media-ya bildirilib. Qeyd edilib ki, aparılmış müayinələrdən sonra 15.08.2022-ci il saat 19:40-da spinal anesteziya ilə qeysəriyyə əməliyyatı icra olunub. Daha sonra zahı qadın intensiv palataya köçürülüb. Saat 22:20 radələrində xəstənin vəziyyətində saturasiya itirilməsi ilə müşahidə olunan ağırlaşmalar olub və ana vəfat edib. Mərhumun nəşi aidiyyəti üzrə Lənkəran Məhkəmə Tibbi Ekspertizası və Pataloji Anatomiya Birliyinə təhvil verilib.
Faktla bağlı araşdırılma aparılır.
Qeyd edək ki, hazırda müalicəsinə davam edilən körpənin vəziyyəti orta ağır qiymətləndirilir.
Bizim.Media