Xarici kəşfiyyata işləyən Azərbaycan vətəndaşı saxlanılıb - RƏSMİ 

Xarici kəşfiyyata işləyən Azərbaycan vətəndaşı saxlanılıb - RƏSMİ 

Hazırda oxunan: Xarici kəşfiyyata işləyən Azərbaycan vətəndaşı saxlanılıb - RƏSMİ 

88811

"Azərbaycan sərhədçiləri tərəfindən son bir il ərzində 448 sərhəd pozucusu, 861 sərhəd rejim pozucusu saxlanılıb, 2594 hüquq-mühafizə orqanları tərəfindən axtarışda olan, beş özgəsinə məxsus, 289 saxta sənədlə dövlət sərhədini pozmağa cəhd edərkən saxlanılıb". 

Bizim.Media xəbər verir ki, bunu Dövlət Sərhəd Xidməti rəisinin müavini, general-leytenant Abbas Xəlilov bu gün qurumun 103 illiyinə həsr edilən hesabat tədbirində qeyd edib. 

"Azərbaycana qarşı kəşfiyyat-pozuculuq fəaliyyətinin aşkarlanması istiqamətində həyata keçirilən tədbirlər nəticəsində xarici xüsusi xidmət orqanları tərəfindən əməkdaşlığa cəlb edilən 1 nəfər Azərbaycan vətəndaşı saxlanılıb. 6 nəfər şübhəli şəxs qismində müəyyənləşdirilib", - deyə qurum rəsmisi məlumat verib.  

Səkinə Yusibli, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO