Salyanda narkotikin təsiri altında avtomobil idarə edən şəxs saxlanıldı

Salyanda narkotikin təsiri altında avtomobil idarə edən şəxs saxlanıldı

Hazırda oxunan: Salyanda narkotikin təsiri altında avtomobil idarə edən şəxs saxlanıldı

88790

Salyan Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər zamanı narkotik vasitənin təsiri altında nəqliyyat vasitəsi idarə edən sürücü saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan Bizim.Media-ya verilən məlumata görə, rayon ərazisində hərəkətdə olan “VAZ-2107” markalı avtomobilin sürücüsü qayda pozuntusuna yol verdiyi üçün polis əməkdaşları tərəfindən ona “Saxla” əmri verilib.

Həmin nəqliyyat vasitəsini idarə edən rayon sakini Rauf Hüseynovun narkotik vasitə qəbul etməsinə dair şübhələr olduğundan o, tibbi müayinədən keçirilib.

Müayinənin nəticəsinə əsasən, R.Hüseynovun narkotik vasitə olan marixuana istifadə etdiyi məlum olub.

Həmin şəxs barəsində toplanan materiallar hüquqi qiymət verilməsi üçün Salyan Rayon Məhkəməsinə göndərilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO