“Beynəlxalq Ordu Oyunları-2022” yarışlarının AÇILIŞI OLDU - FOTO

“Beynəlxalq Ordu Oyunları-2022” yarışlarının AÇILIŞI OLDU - FOTO

Hazırda oxunan: “Beynəlxalq Ordu Oyunları-2022” yarışlarının AÇILIŞI OLDU - FOTO

88736

Rusiya Federasiyasının Moskva şəhərində “Beynəlxalq Ordu Oyunları-2022” yarışlarının təntənəli açılış mərasimi keçirilib.

Müdafiə Nazirliyindən Bizim.Media-ya verilən məlumata görə, Patriot Parkında keçirilən mərasimdə Rusiya Federasiyasının Prezidenti Vladimir Putin, Rusiya Federasiyasının müdafiə naziri ordu generalı Sergey Şoyqu, iştirakçı ölkələrin nümayəndə heyətləri, hərbi attaşelər, kütləvi informasiya vasitələrinin nümayəndələri və digər qonaqlar iştirak ediblər.

Təntənəli mərasimdə yarışlar açıq elan edilib, “Beynəlxalq Ordu Oyunları”nın himni səsləndirilib.

Qeyd edək ki, “Beynəlxalq Ordu Oyunları-2022” yarışları 12 ölkənin ərazisində keçirilir.

Beynəlxalq müsabiqələrdə 34 ölkədən olan hərbi qulluqçular fərdi və komanda şəklində mübarizə aparacaqlar.

Bizim.Media



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO