Magistraturaya qəbulla bağlı müsabiqənin NƏTİCƏLƏRİ

Magistraturaya qəbulla bağlı müsabiqənin NƏTİCƏLƏRİ

Hazırda oxunan: Magistraturaya qəbulla bağlı müsabiqənin NƏTİCƏLƏRİ

88732

Ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının magistraturalarının boş qalan plan yerlərinə müsabiqənin nəticələri avqustun 15-də saat 17:00-dan etibarən Dövlət İmtahan Mərkəzinin (DİM) internet saytında yerləşdirilib.

Bizim.Media DİM-ə istinadən xəbər verir ki, bakalavrlar müsabiqənin nəticələri haqqında məlumatı, həmçinin mobil operatorlar vasitəsilə “iş nömrəsi”ni 7727 nömrəsinə göndərməklə də öyrənə bilərlər.

Magistraturanın boş qalan plan yerlərinin müsabiqəsində iştirak etmək üçün 1848 bakalavr müraciət edib. Müsabiqə nəticəsində onlardan 761 nəfər (o cümlədən 71 nəfər dövlət sifarişi əsasında) magistraturaya qəbul olub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO