Paytaxtda daha 1 bina sökülür – Sakinlər hara köçürüləcək? 

Paytaxtda daha 1 bina sökülür – Sakinlər hara köçürüləcək? 

Hazırda oxunan: Paytaxtda daha 1 bina sökülür – Sakinlər hara köçürüləcək? 

88582

Xəbər verdiyimiz kimi, Bakının Nizami rayonunda daha bir yaşayış binasının sökülməsinə başlanılıb. 

Bizim.Media xəbər verir ki, bina Bakı şəhəri, Nizami rayonu, Rüstəm Rüstəmov küçəsində yerləşir. 

Həmin binadan artıq sakinlərin köçürülməsinə başlanılıb. 

Bina sakinlərinin Trend.az-a verdiyi məlumata görə, tikintini aparacaq şirkətlə razılığa gəlinərək, müqavilələr bağlanıb. Sakinlərə əvvəl yaşadığı mənzilin otaq sayına görə kirayə haqqı ödənilir.

Artıq bir neçə ailə kirayə mənzillərə köçürülüb. Onların sözlərinə görə, binaların yerində 14-16 mərtəbəli binalar tikiləcək və sakinlərə veriləcək yeni mənzillərin sahəsi isə indikindən 20 faiz böyük olacaq. Tikiləcək çoxmərtəbəli yaşayış binalarının 2 il müddətində istifadəyə verilməsi nəzərdə tutulur. 
Qeyd edək, həmin ünvanda yerləşən binalardan biri artıq bir neçə ay əvvəl sökülüb. Ərazidəki 11 binanın mərhələli şəkildə sökülməsi nəzərdə tutulur. İlkin mərhələdə 5, növbəti mərhələdə isə 6 bina söküləcəyi gözlənilir. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO