Abşeron rayon Mehdiabad qəsəbə bələdiyyəsinin sədri işləmiş 1956-cı il təvəllüdlü Əbülfət Nuriyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Bizim.Media-nın əldə etdiyi məlumata görə, Abşeron rayon Məhkəməsində hakim Vaqif Həsənovun sədrliyi ilə baş tutan iclasda qərar elan eidlib.
Qərara görə, Əbülfət Nuriyevin ittiham olunduğu Cinayət Məcəlləsinin 309.1-ci (vəzifəli şəxs tərəfindən xidməti səlahiyyətlərinin hüdudlarından açıq-aşkar surətdə kənara çıxan hərəkətlər etməsi fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə, yaxud cəmiyyət və ya dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurduqda) maddəsi həmin məcəllənin 322.1-ci (özbaşınalıq, yəni qanunla və ya digər normativ hüquqi aktla müəyyən edilmiş davranış qaydasına zidd olaraq qanuniliyi fiziki və ya hüquqi şəxs tərəfindən təkzib edilən hər hansı hərəkətin özbaşına törədilməsi mühüm ziyan vurduqda) maddəsinə tövsif edilib.
Cinayət Məcəlləsinin 322.1-ci maddəsi ilə Ə.Nuriyevin cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən o, cinayət məsuliyyətindən azad edilib və barəsində olan cinayət işi üzrə icraata xitam verilib.
Ə.Nuriyevin barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilib.
Qeyd edək ki, Ə.Nuriyev Abşeron rayonu Mehdiabad qəsəbə bələdiyyəsinə 9000 manat məbləğində maddi ziyan vurmaqda təqsirləndirilib.
Eldar Məmmədli, Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
09:59 / 15.08.2022
Dövlət mənafeyinə mühüm zərər vurmaqda təqsirləndirilən vəzifəli şəxs barədə QƏRAR VERİLDİ
Hazırda oxunan: Dövlət mənafeyinə mühüm zərər vurmaqda təqsirləndirilən vəzifəli şəxs barədə QƏRAR VERİLDİ
Hazırda oxunan: Dövlət mənafeyinə mühüm zərər vurmaqda təqsirləndirilən vəzifəli şəxs barədə QƏRAR VERİLDİ
88571
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.