Quba yolundakı qəzada sürücünün atası öldü - Özü yaralandı - FOTO

Quba yolundakı qəzada sürücünün atası öldü - Özü yaralandı - FOTO

Hazırda oxunan: Quba yolundakı qəzada sürücünün atası öldü - Özü yaralandı - FOTO

88511

Bakı-Quba yolunun 98-ci km-də, Siyəzən rayonu ərazisində baş verən qəzada Bakı sakini, 21 yaşlı Elnur Rüstəm oğlu Qənbərovun idarə etdiyi  "Mercedes" markalı avtomobillə Sumqayıt şəhər sakini, 18 yaşlı Hihat Rəşael oğlu Sayıllının idarə etdiyi "Mersedes-Benz" markalı yük avtomobili toqquşub.

Bizim.Media xəbər verir ki, nəticədə Bakının Binəqədi rayon sakini olan sürücünün atası, 49 yaşlı Rüstəm Bəşir oğlu Qənbərov hadisə yerində ölüb.

MÖVZU İLƏ BAĞLI:

Bakı-Quba yolunda yaralanan 2 nəfərin kimliyi məlum oldu - YENİLƏNİB - ÖZƏL/FOTO


Sürücü Elnur Qənbərov və anası, 49 yaşlı Şamama Xasay qızı Qənbərova müxtəlif sınıq və xəsarətlərlə Siyəzən Müalicə Diaqnostika Mərkəzinə çatdırılıblar.

İlkin olaraq qəzaya Nihat Sayıllının idarə etdiyi "Mersedes-Benz" markalı yük avtomaşınının qarşıda gedən "Mersedes"ə çırpılmasının  səbəb olduğu deyilir.

"Mercedes" markalı avtomaşın isə qarşıdakı digər yük avtomaşınına dəyib. Yəni minik avtomobili hər iki yük avtomaşınının ortasında qalıb.

Hər iki avtomobil Bakı istiqamətinə gedirmiş.

Faktla bağlı DİN-in Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsində cinayət işi açılıb.

Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO