DSX ƏMƏLİYYAT keçirdi – İrandan narkotik keçirilməsinin qarşısı alındı

DSX ƏMƏLİYYAT keçirdi – İrandan narkotik keçirilməsinin qarşısı alındı

Hazırda oxunan: DSX ƏMƏLİYYAT keçirdi – İrandan narkotik keçirilməsinin qarşısı alındı

88388

Dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, qaçaqmalçılıq və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri çərçivəsində Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən narkotik vasitələrin qaçaqmalçılıq yolu ilə İran İslam Respublikasından Azərbaycan Respublikasına keçirilməsinin qarşısı alınıb. 

Dövlət Sərhəd Xidmətindən Bizim.Media-ya verilən xəbərə görə, avqust ayının 12-də saat 14:30-da Dövlət Sərhəd Xidmətinin “Göytəpə” sərhəd dəstəsinin İmişli rayonunun Çaxırlı kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində sərhəd naryadı tərəfindən dövlət sərhədinin İrandan Azərbaycan istiqamətində pozulmasına dəlalət edən əlamətlər aşkar edilmişdir.

Sərhəd zastavası dərhal “Silaha” komandası ilə qaldırılmış, ərazi qapadılıb. Keçirilən sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində dövlət sərhəd xətti yaxınlığında sahibsiz halda gizlədilmiş 1 kisədə 8 ədəd bağlamada, ümumi çəkisi təxminən 16 kq 675 qram narkotik vasitəyə bənzər maddələr (3 kq 170 qram “tiryək”, 13 kq 505 qram “marixuana”) aşkar olunaraq götürülüb. 
Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO