Orduya Laçın dəhlizi ilə bağlı tapşırıqlar verildi

Orduya Laçın dəhlizi ilə bağlı tapşırıqlar verildi

Hazırda oxunan: Orduya Laçın dəhlizi ilə bağlı tapşırıqlar verildi

88386

Azərbaycan Ordusunun vəzifəli şəxsləri qarşısında Laçın şəhərindən yan keçən yeni yolun istismara verilməsindən irəli gələn məsələlərin həlli ilə bağlı konkret tapşırıqlar qoyulub. 

Bizim.Media xəbər verir ki, bu tapşırıqları müdafiə naziri general-polkovnik Zakir Həsənov avqustun 13-də Mərkəzi Komanda Məntəqəsində keçirilən xidməti müşavirdə çatdırıb. 

Nazir Laçın dəhlizindən istifadə üçün yeni çəkilən yolun istismara verilməsindən irəli gələn məsələlərin həlli ilə bağlı vəzifəli şəxslər qarşısında konkret tapşırıqlar qoyub. 

Qeyd edək ki, avqustun 13-də Mərkəzi Komanda Məntəqəsində müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə nazir müavinləri, qoşun növləri komandanları, nazirliyin baş idarə, idarə və xidmət rəisləri, eləcə də videobağlantı vasitəsilə azad edilən ərazilərdə dislokasiya olunan hərbi birlik və birləşmə komandirlərinin də cəlb olunması ilə xidməti müşavirə keçirilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO